Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.
Manset.az xəbər verir ki, XİN bu barədə “X” hesabında paylaşım edib.
“Əfqanıstandakı dağıdıcı zəlzələ ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı verir və yaralılara şəfa diləyirik. Bu çətin zamanda düşüncələrimiz və dualarımız Əfqanıstan xalqı ilədir”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Əfqanıstan hökumətinin ən son məlumatına görə, zəlzələ səbəbindən həlak olanların sayı 800 nəfərə yüksəlib, yaralıların sayı isə 2500-ə çatıb.