Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı

17:45 - 01 Sentyabr 2025

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı

Azərbaycandan göndərilən növbəti yardım karvanı sentyabrın 1-də Ukraynaya çatıb.


Manset.az xəbər verir ki, energetik avadanlıqlardan ibarət yardım karvanını 20-ə qədər yük maşını əhatə edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev bildirib ki, bu, Ukraynada müharibə səbəbindən yaranan energetik böhranın aradan qaldırılmasına dəstəyi nəzərdə tutan növbəti humanitar yardım karvanıdır:

"Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən bu karvanın dəyəri 2 milyon ABŞ dollarıdır. Ümumilikdə isə, müharibənin əvvəlindən indiyədək Azərbaycandan Ukraynaya humanitar yardımın dəyəri 44 milyon ABŞ dollarına çatıb. Cənab prezidentin göstərişinə əsasən bundan sonra da Ukraynaya humanitar yardım davam edəcək".

Ukraynanın Energetika nazirinin müavini Roman Andaraq isə bildirib ki, Azərbaycanın enerji sektoru üçün yardımının növbəti partiyasını qarşılamaq onlar üçün böyük məmnunluq və böyük fürsətdir:

"Ümumiyyətlə, Azərbaycan ukraynalılara müharibənin ilk günlərindən yardım əlini uzadır. Bu daha çox enerji sektorunu əhatə edir. Sözün əsl mənasında ilk aylardan bizə avadanlıqlar, transformatorlar, generatorlar Azərbaycandan göndərilir. Çünki zərbələr nəticəsində Ukraynanın enerji sahəsinə ciddi zərər dəyib. Azərbaycan bu çətin anda, bu kritik sahədə Ukrayna xalqına himanist yardımını əsirgəmir. Biz buna görə, Azərbaycan prezidentinə və xalqına çox minnətdarıq. Ukrayna xalqı bu diqqəti unutmayacaq" - deyə, o, əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az