Deputat Pərvanə Vəliyeva seçicilərlə görüşdü - FOTOLAR

16:28 - 04 Sentyabr 2025

Deputat Pərvanə Vəliyeva seçicilərlə görüşdü - FOTOLAR

3-4 sentyabr tarixlərində deputat Pərvanə Vəliyeva Milli Məclisdə təmsil etdiyi Bakının Xətai rayonunun 35 saylı ərazi seçki dairəsi üzrə, Babək prospektində və Xaliq Əzizzadə küçəsində yaşayan bir qrup seçicisi ilə görüş keçirib.


Manset.az xəbər verir ki, görüş zamanı sakinlər yaşadıqları icmanın bir sıra məişət, kommunal, nəqliyyat və infrastrukturla əlaqəli məsələlər qaldırıblar. Müraciətlər hər biri qeydiyyata alınıb və vətəndaşlara hüquqi məsləhət verilib. Deputat qeyd olunan məsələlərlə bağlı ərazilərə yerində baxış keçirib və problemlərin həlli istiqamətində sakinlərə dəstək olacağını vurğulayıb.

Sonda P. Vəliyeva seçicilərə göstərdikləri etimada görə bir daha təşəkkürünü bildirib.

Deputat icmalarda səyyar görüşlərini davamlı olaraq həyata keçirəcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az