“2023-cü ilin yay aylarında Azərbaycanın Qarabağ bölgəsində o dövrdə hələ qalmaqda olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması kimi hallar öz intensivliyinin pik həddinə çatmışdı. Təbii ki, bu vəziyyət bölgədə gərginliyin artmasına səbəb olmuşdu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O,bildirib ki, Ermənistan davamlı olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. “Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bunun nəticəsində həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilər olurdu. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdular. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdılar. Təbii ki, bütün bunların bir sonu olmalı idi. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarında olduğunu və bunu həyata keçirmək üçün sahib olduğu legitim hüququndan hər an istifadə edə biləcəyini istər Ermənistanın, istərsə də aidiyyatı olan beynəlxalq təşkilatların diqqətinə dəfələrlə çatdırmışdı. Lakin Ermənistan hətta II Qarabağ Savaşındakı acı məğlubiyyəti fonunda belə Azərbaycanın xəbərdarlıqlarına əhəmiyyət verməməkdə israrlı idi. Məhz buna görə də ölkəmiz qəti cavab tədbirlərinə əl atmaq məcburiyyətində qaldı.”
Millət vəkili daha sonra vurğulayıb ki, Azərbaycan Ordusu Vətən müharibəsində olduğu kimi, suverenliyin bərpası əməliyyatının gedişində də yüksək peşəkarlıq və humanistlik nümayiş etdirmişdir: “ 2023-cü il sentyabr 19-da erməni silahlı qüvvələrinin silahlı təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə Dövlət suverenliyinin tam bərpası əməliyyatına başlanıldı. Xüsusi qeyd edilməlidir ki, ordumuz tərəfindən əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Nəticə olaraq Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycanın dövlət suverenliyi bütün ərazimizdə tam təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü elan edildi.”
“Dövlət suverenliyinin bərpası-qürur mənbəyimizdir!” - Kamaləddin Qafarov
12:28 - 17 Sentyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
21 Oktyabr 2026 - 19:46
Ərdoğan İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 - 17:18
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
21 Oktyabr 2026 - 23:43
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada - FOTOLAR
21 Oktyabr 2026 - 13:28
Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi - FOTO
21 Oktyabr 2026 - 23:29
Bakıda evi ilanlar basıb - VİDEO
21 Oktyabr 2026 - 17:45
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
21 Oktyabr 2026 - 16:27
İcra başçısı 3 vəzifəli şəxsi işdən çıxardı
21 Oktyabr 2026 - 16:51
Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı
21 Oktyabr 2026 - 20:59
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimindən - FOTOLAR
21 Oktyabr 2026 - 19:52
Bakıda 25 il əvvəl qadını öldürən şəxs saxlanıldı
21 Oktyabr 2026 - 17:35
İstanbulda silahlı hücum - Ölən və yaralananlar var
21 Oktyabr 2026 - 21:33
Regional Su Meliorasiya QSC-də yeni təyinatlar - FOTO
Xəbər xətti
- 22 Oktyabr 2026
- 13:14 Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
- 13:12 Etirazlar Yunanıstana da sıçradı - Yüzlərlə müəllim və tələbə küçələrdə
- 13:07 Startapların gəlir vergisindən azadolma müddəti artırıldı - FƏRMAN
- 13:02 Putin və Çinin Baş naziri görüşdülər
- 12:52 Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
- 12:42 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ekstradisiya ediləcək
- 12:37 Yeni icra başçısı kimdir?
- 12:32 Qubada 2 bələdiyyənin adı dəyişdirildi
- 12:30 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
- 12:25 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
- 12:18 Konfrans Liqasında 2-ci tur - Bugünkü oyunların TƏQVİMİ
- 12:17 Yardımlıya icra başçısı təyin olundu - SƏRƏNCAM
- 12:15 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
- 12:13 Almaniyada Rusiyadan təxribat həyəcanı - Hərbi bazalarda təhlükəsizlik gücləndirilir
- 12:08 Benzin və dizellə işləyən avtomobillər istismardan çıxarılacaq
- 12:04 Azərbaycanda bu dərmanlar da sığorta ilə veriləcək
- 12:04 Kral III Çarlzın bu hərəkəti hər kəsi şoka saldı
- 11:51 “İranın nüvə silahına sahib olmasının qarşısını aldıq” - Tramp
- 11:40 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
- 11:33 Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı
- 11:25 Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi
- 11:20 Qızına zorakılıq etdiyi üçün kürəkənini öldürən şəxslə bağlı Ali Məhkəmədən qərar
- 11:13 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
- 11:08 Əli Əsədov bu sənədi təsdiq etdi
- 11:04 Payız niyə yaz kimi keçir?
- 11:00 "Birbank"da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
- 10:56 66 illik kəhanətin sirri açıldı
- 10:52 2 yaşlı uşaq su kanalında boğuldu
- 10:40 Firudin Qurbanov I Ailə Forumunda iştirak etdi - FOTOLAR
- 10:35 Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
- 10:28 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
- 10:20 Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşdü - FOTOLAR
- 10:12 Xaricə gedənlərin sayı azaldı
- 10:02 Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
- 09:50 Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
- 09:42 Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
- 09:34 Qubada kişinin meyiti həyətdə tapıldı
- 09:30 "Beşiktaş" "Kristal Pelas"la üz-üzə - Avropa Liqası
- 09:26 Qızıl bazarında son vəziyyət
- 09:21 Çempionlar Liqasında III tur yekunlaşdı - NƏTİCƏLƏR
- 09:17 Dünya bazarlarında neftin son qiyməti
- 09:12 Bakıda nənə və nəvəsini maşın vurdu
- 09:05 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
- 08:57 Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
- 08:30 D vitamini hansı qidalarda var? - Araşdırma
- 08:00 Qara zirə yağının faydaları
- 01:30 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Xəbərdarlıq
- 00:30 Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
- 21 Oktyabr 2026
- 23:54 Kiyevə raket hücumu - Hava həyəcanı elan edildi
- 23:43 Leyla Əliyeva Əminə Ərdoğanla bir arada - FOTOLAR
- 23:29 Bakıda evi ilanlar basıb - VİDEO