“Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”
Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib: “2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın möhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi idi – həmin torpaqlarda artıq Azərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı. Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı: “Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır.” Bu gün Azərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələr deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür – Azadlıq, Suverenlik və Milli qürur Günü!”
“20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” - Kamaləddin Qafarov
11:53 - 19 Sentyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
21 Oktyabr 2026 - 19:46
Ərdoğan İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 - 17:18
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
21 Oktyabr 2026 - 23:43
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada - FOTOLAR
21 Oktyabr 2026 - 23:29
Bakıda evi ilanlar basıb - VİDEO
21 Oktyabr 2026 - 17:45
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
21 Oktyabr 2026 - 16:27
İcra başçısı 3 vəzifəli şəxsi işdən çıxardı
21 Oktyabr 2026 - 16:51
Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı
21 Oktyabr 2026 - 20:59
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimindən - FOTOLAR
21 Oktyabr 2026 - 19:52
Bakıda 25 il əvvəl qadını öldürən şəxs saxlanıldı
21 Oktyabr 2026 - 17:35
İstanbulda silahlı hücum - Ölən və yaralananlar var
21 Oktyabr 2026 - 21:33
Regional Su Meliorasiya QSC-də yeni təyinatlar - FOTO
21 Oktyabr 2026 - 17:52
Əziz Yıldırımın “Slaviya Praqa-Fənərbağça” oyununu həyəcanla izləməsi viral oldu - VİDEO
Xəbər xətti
- 22 Oktyabr 2026
- 14:12 Bakıda “Chevrolet” qəza törətdi - FOTOLAR
- 13:48 Xocalı və Ağdərəyə daha 44 ailə yola salındı
- 13:42 Metropoliten rəisinə yeni müavin təyin olundu - SƏRƏNCAM
- 13:36 Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə etdi
- 13:21 "Yaxın günlərdə "bombaların atası"nı tanıdacağıq" - İrandan ABŞ-yə gözdağı
- 13:14 Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
- 13:12 Etirazlar Yunanıstana da sıçradı - Yüzlərlə müəllim və tələbə küçələrdə
- 13:07 Startapların gəlir vergisindən azadolma müddəti artırıldı - FƏRMAN
- 13:02 Putin və Çinin Baş naziri görüşdülər
- 12:52 Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
- 12:42 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ekstradisiya ediləcək
- 12:37 Yeni icra başçısı kimdir?
- 12:32 Qubada 2 bələdiyyənin adı dəyişdirildi
- 12:30 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
- 12:25 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
- 12:18 Konfrans Liqasında 2-ci tur - Bugünkü oyunların TƏQVİMİ
- 12:17 Yardımlıya icra başçısı təyin olundu - SƏRƏNCAM
- 12:15 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
- 12:13 Almaniyada Rusiyadan təxribat həyəcanı - Hərbi bazalarda təhlükəsizlik gücləndirilir
- 12:08 Benzin və dizellə işləyən avtomobillər istismardan çıxarılacaq
- 12:04 Azərbaycanda bu dərmanlar da sığorta ilə veriləcək
- 12:04 Kral III Çarlzın bu hərəkəti hər kəsi şoka saldı
- 11:51 “İranın nüvə silahına sahib olmasının qarşısını aldıq” - Tramp
- 11:40 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
- 11:33 Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı
- 11:25 Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi
- 11:20 Qızına zorakılıq etdiyi üçün kürəkənini öldürən şəxslə bağlı Ali Məhkəmədən qərar
- 11:13 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
- 11:08 Əli Əsədov bu sənədi təsdiq etdi
- 11:04 Payız niyə yaz kimi keçir?
- 11:00 "Birbank"da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
- 10:56 66 illik kəhanətin sirri açıldı
- 10:52 2 yaşlı uşaq su kanalında boğuldu
- 10:40 Firudin Qurbanov I Ailə Forumunda iştirak etdi - FOTOLAR
- 10:35 Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
- 10:28 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
- 10:20 Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşdü - FOTOLAR
- 10:12 Xaricə gedənlərin sayı azaldı
- 10:02 Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
- 09:50 Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
- 09:42 Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
- 09:34 Qubada kişinin meyiti həyətdə tapıldı
- 09:30 "Beşiktaş" "Kristal Pelas"la üz-üzə - Avropa Liqası
- 09:26 Qızıl bazarında son vəziyyət
- 09:21 Çempionlar Liqasında III tur yekunlaşdı - NƏTİCƏLƏR
- 09:17 Dünya bazarlarında neftin son qiyməti
- 09:12 Bakıda nənə və nəvəsini maşın vurdu
- 09:05 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
- 08:57 Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
- 08:30 D vitamini hansı qidalarda var? - Araşdırma
- 08:00 Qara zirə yağının faydaları