Prezident Makronla görüşdü: FOTOLAR - YENİLƏNİB

19:11 - 02 Oktyabr 2025

Prezident Makronla görüşdü: FOTOLAR - YENİLƏNİB

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.


Manset.az xəbər verir ki, Niderlandın baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxunub, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd edib.

Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulanıb, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Niderlandın baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd edib.

***

18:17

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa lideri Emmanuel Makron ilə görüşü olub.


Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az