Ərdoğan Qəbələdədir - FOTOLAR

12:37 - 07 Oktyabr 2025

Ərdoğan Qəbələdədir - FOTOLAR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.


Manset.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

11:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində iştirak etmək üçün Azərbaycanın Qəbələ şəhərinə yola düşüb.

Manset.az xəbər verir ki, Ərdoğanı hava limanından prezident köməkçisi Cevdet Yılmaz, İstanbul Valisi Davut Gül və digər rəsmilər yola salıblar.

***

10:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.

Manset.az xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak edəcək. 

Ərdoğanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az