Azərbaycanla Fransa arasında anlaşılmazlıq keçmişdə qaldı

16:07 - 16 Oktyabr 2025

Azərbaycanla Fransa arasında anlaşılmazlıq keçmişdə qaldı

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.


Manset.az xəbər verir ki, dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.

İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan Azərbaycan Prezidenti, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az