Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə İctimai Şuranın fəaliyyəti barədə danışıb.
-Çingiz müəllim, fəaliyyət göstərdiyiniz 5 ay ərzində İctimai Şuranın gördüyü işlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik. Siz əvvəlki müsahibənizdə qeyd etmişdiniz ki, Ədliyyə Nazirliyi yanında İctimai Şura digər qurumlarda fəaliyyət göstərən İctimai Şuralara örnək olacaq.
-“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq, Ədliyyə Nazirliyində keçirilmiş seçkilər nəticəsində 7 nəfərdən ibarət İctimai Şura formalaşmışdır. Bu ilin aprel ayının 28-də İctimai Şura öz rəhbər heyətini seçərək fəaliyyətə başlamışdır. İlk 10–12 gün müddətində biz ancaq tanışlıq, görə biləcəyimiz işlər, planlarımız barədə müzakirələr apardıq. May ayının 12-dən isə artıq fəaliyyətə başladıq. Bu günə kimi İctimai Şuranın üzvləri Ədliyyə Nazirliyinin müvafiq strukturlarında 72 tədbirdə iştirak ediblər. Bu tədbirlər sırasında İctimai Şuranın Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında keçirdiyi monitorinqləri, Nazirlikdə formalaşdırılmış müxtəlif komissiyaların iclaslarında və Ədliyyə Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirakı, həmçinin Nazirliyin rəhbər şəxsləri və müxtəlif idarələrin rəhbər heyətləri ilə görüşlərini misal çəkə bilərik. Əgər 5 ay ərzində İctimai Şura ümumilikdə 72 tədbirdə iştirak edə bilibsə, deməli, biz artıq başqa qurumlarda fəaliyyət göstərən İctimai Şuralara örnək olduğumuzu sübut etmişik. Fəaliyyətimizi gələcəkdə də belə davam etdirəcəyik.
-Gördüyünüz işlər barədə qısaca məlumat verə bilərsinizmi?
-İctimai Şura üzvləri bəzən həftədə 4–5 tədbirdə iştirak edirlər. Əvvəla, qeyd etmək istəyirəm ki, İctimai Şura Ədliyyə Nazirliyinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 23 monitorinq keçirib. Buraya, həmçinin Ədliyyə Nazirliyinin regionlarda yerləşən Şəki Penitensiar müəssisəsi, Gəncə istintaq təcridxanası, Lənkəran Penitensiar müəssisəsi və Salyanda 5 saylı cəzaçəkmə müəssisəsində keçirilən monitorinqlər də daxildir. Həmçinin hazırda İctimai Şuranın Nazirliyin fəaliyyət istiqamətləri üzrə baş idarələrlə görüşləri keçirilir. Biz Nazirliyin Bələdiyyələrlə İş Baş İdarəsində və Probasiya Xidmətində olmuşuq. Hər iki baş idarənin gördüyü işlər və həyata keçirdiyi layihələrlə yaxından tanış olduq. Görüşlərdə İctimai Şura üzvlərini maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi apardıq. Bu görüşlərin yaxın zamanda Nazirliyin digər baş idarələri ilə də keçirilməsi nəzərdə tutulur.
-İctimai Şura üzvləri Nazirliyin fəaliyyətinə hansı formada cəlb olunurlar?
-Qeyd edim ki, Ədliyyə nazirinin müvafiq əmri ilə Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad etmə və Nazirliyin Penitensiar Xidmətində işə qəbul komissiyaları yaradılıb. İctimai Şura üzvləri bu komissiyalarda təmsil olunurlar. Qeyd edim ki, bizim bu cür aktiv və geniş fəaliyyətimiz Nazirlik tərəfindən Şuraya yaradılmış şəraitlə əlaqədardır. Fəaliyyətimiz tam sərbəst şəkildə həyata keçirilir. Bildirmək istəyirəm ki, adıçəkilən komissiyaların tərkibi Ədliyyə naziri Fərid Əhmədov tərəfindən formalaşdırılıb. İclaslar şəffaf və açıq səsvermə qaydasında keçirilir. Hər iki komissiyada 5 ay ərzində 45 iclasda iştirak etmişik. Həmçinin müxtəlif tarixlərdə Nazirliyin keçirdiyi digər tədbirlərdə də təmsil olunmuşuq.
-Qeyd etdiniz ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında mütəmadi monitorinqlər keçirirsiniz. Monitorinqlər zamanı hansı məsələlərə baxılır?
-İlk növbədə məhkumların və istintaq təcridxanalarında saxlanılan şəxslərin yataq, qidalanma və saxlanma şəraiti, müalicə alırlarsa, tibbi xidmətin vəziyyəti, ibadət imkanları, uzun və qısamüddətli görüşlər, istirahət vaxtının səmərəli keçirilməsi üçün yaradılan şərait, kitabxananın vəziyyəti, müəssisə tərəfindən yaradılmış sanitar və gigiyenik vəziyyət ilə tanış oluruq. Məhkumlarla öz xahişləri ilə təkbətək və konfidensial görüşlər keçiririk. Həm də məhkumlarla söhbət zamanı onların suallarını cavablandırırıq.
-Bəzi məhkumlar hesab edirlər ki, əgər hər hansı xəstəlik keçirirlərsə, cəzadan azad edilə bilərlər. Bununla bağlı proses necə tənzimlənir?
-Əvvəla, cəza almış şəxsin cəzadan azad edilməsi məsələsi qanunvericiliklə tənzimlənir. Xəstəliyə görə cəzadan azad etmə ilə bağlı belə hesab edirəm ki, cəmiyyətdə birmənalı yanaşma var – məhkum xəstədirsə, azad oluna bilər. Unutmayaq ki, qanunvericilik deyir ki, elə kateqoriyalı xəstə məhkumlar var ki, onlar cəzasının çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yerləri üzrə məhkəmələrin qərarı ilə azad edilə bilərlər. Amma burada başqa bir məqam da var. Xəstəliyin dərəcəsi müəyyən olunmalıdır ki, görək, qanunvericilik bu dərəcədə xəstəliyi olanların azad olunmasına imkan verirmi? Tutaq ki, məhkum onkoloji xəstədir – 1-ci, 2-ci, 3-cü dərəcəli xəstədir, onun müalicəsi cəzaçəkmə müəssisəsində aparılır. Amma 4-cü dərəcəli onkoloji xəstə varsa, Milli Onkologiya Mərkəzinin müvafiq komissiyası tərəfindən xəstəliyin dərəcəsinin təsdiq edilməsi barədə rəy Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təqdim edilir. Təqdim edilmiş rəy və toplanmış sənədlərə Ədliyyə Nazirliyinin Xüsusi Həkim-Ekspert Komissiyasında baxılır və yekun rəy məhkəməyə təqdim edilir. Yalnız məhkəmə qanuna müvafiq olaraq həmin komissiyanın rəyini müsbət dəyərləndirib, şəxsi cəza çəkməkdən azad edir. Yəni, bu başa düşülməlidir ki, Ədliyyə Nazirliyi hər hansı məhkumu özü cəzadan azad edə bilməz. Bunun üçün qanunvericiliyin müəyyən tələbləri, prosedurlar, digər qurumların rəyləri, xəstəliyin dərəcəsi, məhkəmə prosesi var və ondan sonra məhkum cəzadan azad oluna bilər. Hər bir məhkum cəzaçəkmə müəssisəsinə məhkəmə hökmü ilə gəldiyi üçün onun azad olunması da yeni bir məhkəmə qərarı ilə mümkündür.
-İctimai Şura keçirəcəyi tədbirləri öncədən planlaşdırırmı?
-Bəli, İctimai Şura üzvləri ilə birlikdə biz iş planı tərtib edirik və fəaliyyətimizi həmin iş planına uyğun həyata keçiririk. Şuranın bütün üzvləri bu tədbirlərdə böyük həvəslə, aktiv iştirak edirlər. Hesab edirəm ki, bu müsahibələri verməklə biz Ədliyyə Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi barədə Nazirlik yanında İctimai Şura olaraq həm də cəmiyyətə hesabat vermiş oluruq. (Demokrat.az)
İctimai Şura sədrinin növbəti hesabatı — MÜSAHİBƏ
11:50 - 17 Oktyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
22 Oktyabr 2026 - 20:21
Cavid Ağaməliyev həbs edildi
22 Oktyabr 2026 - 11:40
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
22 Oktyabr 2026 - 12:15
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 Oktyabr 2026 - 12:30
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
22 Oktyabr 2026 - 09:42
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
22 Oktyabr 2026 - 12:17
Yardımlıya icra başçısı təyin olundu - SƏRƏNCAM
22 Oktyabr 2026 - 16:21
Ali Məhkəmədən sensasion qərar - Ədalət bərpa olundu
22 Oktyabr 2026 - 13:42
Metropoliten rəisinə yeni müavin təyin olundu - SƏRƏNCAM
22 Oktyabr 2026 - 09:05
Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
22 Oktyabr 2026 - 15:27
Qızıl axtaran şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA
22 Oktyabr 2026 - 09:30
"Beşiktaş" "Kristal Pelas"la üz-üzə - Avropa Liqası
22 Oktyabr 2026 - 12:32
Qubada 2 bələdiyyənin adı dəyişdirildi
Xəbər xətti
- 23 Oktyabr 2026
- 01:30 Su qəbulu arterial təzyiqə necə təsir edir?
- 00:30 Araz çayında balıqların sayı ARTIB
- 22 Oktyabr 2026
- 23:54 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:47 “Azərbaycan türklüyünə hücum var” - “Məgər Bakıdakılar bunu anlamırlar?”
- 23:42 "Rusiya və Ukrayna razılığa gələ bilər" - Putin
- 23:29 Ordubada sel gəldi - VİDEO
- 23:11 "Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir"
- 22:58 Uşaq traktorun qoşqusunun altında qaldı - Neftçalada bədbəxt hadisə
- 22:33 Bakıda kişi işə görə deyinən arvadını vəhşicəsinə DÖYDÜ
- 22:17 "Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
- 22:00 Şuradan Türkiyə mediasındakı iddialara SƏRT REAKSİYA
- 21:52 Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim etdi
- 21:34 Fransada iğtişaşlardan sonra 2700 nəfər saxlanılıb
- 21:16 Sərnişinlə dalaşıb avtobusu sürməkdən imtina etdi - İşdən qovuldu
- 20:58 "Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"
- 20:42 Qazini qətlə yetirib, qardaşını yaralayan şəxs saxlanıldı - FOTO - YENİLƏNİB
- 20:21 Cavid Ağaməliyev həbs edildi
- 20:03 Bakıda binada uçqun - YENİLƏNİB
- 19:47 Çində güclü zəlzələ oldu
- 19:31 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu o oldu
- 19:12 "Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb" - Vens
- 18:45 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirildi
- 18:29 Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
- 18:14 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLİR
- 17:55 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
- 17:48 "Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir" - Məleykə Abbaszadə
- 17:40 Səbinə Əliyeva Pakistanın Federal Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü - FOTOLAR
- 17:35 Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz STATİSTİKA
- 17:28 Husilər Səudiyyə Ərəbistanında 4 hədəfə hücum etdilər
- 17:25 Ebola epidemiyası başqa ərazilərə yayıldı - 44 nəfər nəzarətə götürüldü
- 17:25 Gəncədə qəza - 3 nəfər xəsarət aldı
- 17:13 ABŞ-dən Səudiyyə Ərəbistanı ilə bağlı təxliyə QƏRARI
- 17:10 Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - FOTOLAR
- 17:05 Xocalıdan tapdığı silahla anasını güllələdi
- 16:58 Fransada mitinq qadağası - Təhlükəsizlik tədbirləri gücləndirilir
- 16:54 “Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi məlum oldu
- 16:44 "Meta"ya "Facebook" və "Instagram" İDDİASI
- 16:39 Qubada qaydaları pozan qazilər həbs edildilər
- 16:27 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı
- 16:21 Ali Məhkəmədən sensasion qərar - Ədalət bərpa olundu
- 16:20 "Qara dənizdə 4 gəmi vuruldu" - Rusiya
- 16:17 Bacısının qayınanasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı
- 16:11 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım etdi
- 16:11 Dostunu öldürüb görüntüsünü sosial mediada paylaşdı - Türkiyədə DƏHŞƏT
- 16:03 Evində silahdan açılan atəşdən öldü
- 15:58 Ağdərəyə köçürülən sakinlər yeni evlərinə çatdılar - FOTOLAR (YENİLƏNDİ)
- 15:50 8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
- 15:42 Bu ərazilərdə torpağı olanlar sevinsin - Qiymətlər kəskin artacaq
- 15:33 Motosiklet və digər oğurluqlar edən 5 nəfər saxlanıldı
- 15:27 Qızıl axtaran şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA
- 15:25 Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi