Sahibə Qafarova İsveçrəyə işgüzar səfər etdi

18:38 - 18 Oktyabr 2025

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər etdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gəlib.


Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Cenevrənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az