Türkiyənin "Keçiörengücü" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli növbəti qolunu vurub.
Manset.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqasının 17-ci turunda evdə yarışın iddialılarından olan "Erzurumsor"la keçirilən görüşdə fərqlənib.
Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Oyun 3:3 hesabı ilə başa çatıb. Xallarını 19-a çatdıran "Keçiörengücü" 14-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.