Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşdü - FOTOLAR

16:16 - 20 Oktyabr 2025

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşdü - FOTOLAR

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb.


Hərbi Prokurorluqdan Manset.az-a verilən məlumata görə, görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

Daha sonra Vətən müharibəsində xalqımızın və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı Qələbədən danışılıb.

Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.

Ardınca xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və onlara xidməti fəaliyyətdə uğurlar arzulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az