"İlham Əliyevin qərarı çox pozitivdir" - Nikol Paşinyan

10:56 - 22 Oktyabr 2025

 \"İlham Əliyevin qərarı çox pozitivdir\" - Nikol Paşinyan

Baş nazir Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu bildirib.


Manset.az Report-a istinadən xəbər verir ki, o, bu qərarın regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib:

"Bu sülh region üçün çox vacibdir".

Baş nazir həmçinin qeyd edib ki, forum region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır və bu platformanın sayəsində Ermənistanın Azərbaycanla sülhə daha da yaxınlaşıb:

"Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolu açılacaq".

N.Paşinyan bəyan edib ki, V Tbilisi İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir.

Baş nazir vurğulayıb ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:

"Regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az