"Oktyabrın
21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və
Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin iştirakı ilə
mühüm sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirildi. Bu görüş iki ölkə
arasında çoxşaxəli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət
daşıyır".
Bu sözləri
Manset.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Deputat qeyd
edib ki, bu səfər təkcə diplomatik mərasim deyil, həm də Azərbaycan-Qazaxıstan əlaqələrinin
strateji tərəfdaşlıqın və müttəfiqlin göstəricisidir:
"Prezidentlər
tərəfindən imzalanan “Birgə Bəyanat”, eləcə də Ali Dövlətlərarası Şuranın qərarları,
iki qardaş ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı
dahada gücləndirir.
Prezident
İlham Əliyevin Astanaya səfəri, Türk dünyasında həmrəyliyin və birgə siyasi
iradənin nümayişi kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın regional
lider kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Qazaxıstan Prezidenti
Tokayevin çıxışlarında da qeyd olunduğu kimi, Bakı və Astana yalnız iqtisadi tərəfdaş
deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin dayaqlarıdır".
Deputat onu da diqqətə çatdırıb ki, səfər çərçivəsində iqtisadi sahədə imzalanan
çoxsaylı sənədlər, iki ölkənin uzunmüddətli inkişaf vizyonunu əks etdirir:
"Bunlar
arasında xüsusilə energetika, rəqəmsal iqtisadiyyat, süni intellekt, nəqliyyat-logistika,
investisiya və sənaye mülkiyyəti sahələrinə dair sazişlər diqqət çəkir.
Azərbaycan
və Qazaxıstan, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçılarıdır. Bu
marşrut Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa arasında ticarət
dövriyyəsini sürətləndirir. Səfər zamanı imzalanan energetika sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş, Xəzər regionunda enerji təhlükəsizliyinin
və alternativ nəqliyyat marşrutlarının inkişafına xidmət edəcək. Azərbaycanın
neft, qaz və yaşıl enerji potensialı ilə Qazaxıstanın xammal və tranzit
imkanlarının birləşdirilməsi, gələcəkdə Avropa bazarına çıxışda yeni iqtisadi
sinerji imkanlarını açır.
Bu sənədlər
bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan əlaqələri təkcə rəsmi tərəfdaşlıq
çərçivəsində deyil, dərin qardaşlıq münasibətləri üzərində qurulub.
Hər iki
ölkənin liderləri Türk Dövlətləri Təşkilatının çərçivəsində türk dünyasının
birliyini gücləndirmək, regionda sabitliyi və iqtisadi inteqrasiyanı təmin etmək
istiqamətində ardıcıl siyasət yürüdür. Bu mənada Prezident İlham Əliyevin
Qazaxıstana səfəri, yalnız ikitərəfli deyil, eyni zamanda Türk dünyasının
birliyi və Orta Dəhliz strategiyası üçün də vacib mərhələ hesab oluna bilər".