Hikmət Hacıyevdən diplomatların səfəri ilə bağlı PAYLAŞIM

11:25 - 31 Oktyabr 2025

Hikmət Hacıyevdən diplomatların səfəri ilə bağlı PAYLAŞIM

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.


Manset.az-ın məlumatına görə, bu barədə Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.

"Biz Prezident İlham Əliyevin yolunu davam etdirərək, diplomatik korpusun üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət zamanı Zəngəzur dəhlizinin tikintisinə, eləcə də regionda mövcud dəmiryolu və avtomobil yolları layihələrinə diqqət yetirəcəyik. 2020-ci il Vətən müharibəsindən sonra bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə iyirminci səfərimizdir", - deyə o, paylaşımda bildirib.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az