“Qarabağ hadisələrindən sonra Azərbaycan özünü “Tanrının saqqalından tutmuş” kimi hiss edir və bu hiss orada bir müddət güclü olacaq”.
Rusiya Xarici İşlər Nazirliyinin MQİMO Beynəlxalq Araşdırmalar İnstitutu Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi işçisi, politoloq Nikolay Silayev noyabrın 14-də ermənidilli NEWS.am-a müsahibəsində ölkəsinin 5 il əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan üzərindəki öldürücü qələbəsini sinirə bilmədiyini büruzə verir.
Manset.az xəbər verir ki, bu fikirləri ERAmedia-ya açıqlamasında Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib. O qeyd edib ki, bundan sonra Kiyevdə yerləşən Azərbaycan səfirliyinə hücumu barədə danışan Nikolay Silayev yenə səmimi görünmür.
Onun sözlərinə görə, Ukraynadakı Azərbaycan səfirliyinin Rusiya raketi ilə vurulmasının Moskva və Bakı arasında yeni bir gərginlik mərhələsinə aparıb-aparmayacağı Azərbaycanın qərarından asılı olacaq: “Yayda Moskva ilə Bakı arasında gərginlik Azərbaycan rəhbərliyi tərəfindən necə “idarə olunurdusa”, indi də elə olacaq. Əgər onlar belə bir eskalasiyada maraqlıdırlarsa, bu, baş verəcək”- sözlərindn sonta politooq “Rusiya, səfirliyi qəsdən hədəfə alan ölkəyə oxşayırmı?”- deyə, ritorik sual verir.
Firuz Novruzov bildirib ki, 2022-ci il martın 10-da elə Rusiya Silahlı Qüvvələrinin raket hücumları ilə Xarkov şəhərindəki Fəxri Konsulluğumuz, 2024-cü yanvarın 10-da Kiyev şəhərindəki səfirliyimiz “KİNJAL” ilə hədəfə alınmışdı. Bu il 8-18 avqust tarixlərində Odessa vilayətindəki SOCAR şirkətinin infrasturukturu nümayişkaranə şəkildə vurulmuşdu. Rusiyanın elə bir ölkəyə oxşayıb-oxşamamasını rusiyalı politoloq bilmirsə, həmkarımıza xatırladaq: Kiyevə raket zərbəsi nəticəsində Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya, Polşa və Monteneqro səfirlikləri, həmçinin ərazidə olan diplomatik nəqliyyat vasitələrinə ziyan dəyməsi barədə, demək olar ki, bu barədə dünyanın bütün nüfuzlu xəbər platformalarıda məlumatlar yayılıb.
Azərbaycan səfirliyinə olan hücumu onun yaxınlığında Ukraynanın raket zavodu olması ilə izah edən baş elmi işçi “Yaxşı ki, Azərbaycan səfirliyindəki hər kəs salamatdır”-deyir və Rusiya hökutinin buna görə üzr istəyəcəynə əminliyini bildirsə də növbəti ritorik sualını verməyə bilmir: “Yaxınlıqda hərbi obyektin olmasında günahkar kimdir?.
Rusiyanın beynəlxalq öhdəlikləri pozaraq etdiyi hücümu “Azərbaycanın beynəlxalq statusunu qaldırmaq üçün fürsət” olduğunu deyən politoloq bu “fürsətin” daxili auditoriyada da kifayət qədər yaxşı işləyəcəyini proqnazlaşdırır: “Azərbaycanda biz güclüyük, hamı bizi eşidir, Azərbaycan Prezidentinin bir sözü Rusiya Federasiyasını qorxutmaq üçün kifayətdir deyirlər”-deyən “politoloq”a onu xatırladırıq ki, Azərbaycan bütün dövlətçilik tarixində heç vaxt unudulmayacaq qanlı “Xatın faciələri” yaradacaq qədər əxlaqsız vasitələrdən istifadə etməyib.