Ceyhun Bayramov İtaliya Senatının Sədri ilə görüşdü - FOTO

21:16 - 26 Noyabr 2025

Ceyhun Bayramov İtaliya Senatının Sədri ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Sədri İqnatsio La Russa ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.

"İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Sədri İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.

Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və daimi siyasi dialoqun həlledici rolunu qeyd etdik.

Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində əməkdaşlığı gücləndirməyin son dərəcə vacib olduğunu vurğuladım", - nazir qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az