Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
Manset.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
"Uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - deyə Hikmət Hacıyev qeyd edib.