Ceyhun Bayramov Macarıstana getdi

18:37 - 10 Dekabr 2025

Ceyhun Bayramov Macarıstana getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.


Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az