Leyla Əliyeva onları ziyarət etdi - FOTOLAR

22:14 - 11 Dekabr 2025

Leyla Əliyeva onları ziyarət etdi - FOTOLAR

Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib.


Manset.az xəbər verir ki, ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub.

Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az