23 ildi müavin işləyirdi - Vəzifədən azad edildi

12:16 - 15 Dekabr 2025

23 ildi müavin işləyirdi - Vəzifədən azad edildi

Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki,  bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, 59 yaşlı M.Nuriyeva 2002-ci ildən bu vəzifədə idi. Əmək fəaliyyətinə 1988-ci ildə Balakən XDS İK-də baş iqtisadçı kimi başlayan M.Nuriyeva 1992-1998-ci illərdə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az