Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi 

14:21 - 15 Dekabr 2025

Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi 

Azərbaycanla Surinam arasında diplomatik pasport sahibləri vizadan azad edilib.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 22-si Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Bəhreyn Krallığı arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Anqola arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Cibuti arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Dominikan arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az