Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa
olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya
və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Bu
qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addımdır. Bu həm də
amnistiyaya düşəcək minlərlə insanların yüz minlərlə doğmalarının, yaxınlarının
sevincinə səbəb olacaq.
Qərarın ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir. Hətta, bu, 20 mindən çox da ola bilər. Bunlardan,
5 mindən çox məhkumun azadlıqdan
məhrum etmə cəzasındanazad
ediləcəyi, həmin
cəzaya məhkum olunmuş 3
mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun
azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxınməhkumun azadlıqdan məhrum etmə ilə
bağlı olmayan digərcəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan,
habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır;
Bu təşəbbüs
Dövlət Başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş
etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır. Amnistiya
aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən
müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror
tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak
olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan
Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş
şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.
Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən
yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur.
Amnistiyadan
yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin
inkişafına töhfə verəcəklərinə inanırıq.
Qeyd edim ki,
Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət
prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan
olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad
edilməsini nəzərdə tutur. Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə
yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən
sosial həyata qayıtmaq imkanı yaratmaqdır.
Müstəqillik
dövründə ölkəmizdə 70-ə yaxın əfv qərarı və 10-dan çox amnistiya aktı qəbul
edilmişdir. Ümummilli lider Heydər Əliyevin böyük humanizm və mərhəmət
hislərindən irəli gələn qərarları ilə onun prezidentliyi dövründə ümumilikdə 7
amnistiya aktı qəbul edilib.
Müxtəlif
illərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli
sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə etmişdir.
2021-ci ildə Vətən
müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis
dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini
qərara almışdı. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar
tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş
amnistiya olub.
Azərbaycanda
amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial
məsuliyyətini, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir.
Prezidentin
bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha
da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük
töhfə verəcəkdir.
Pərvanə
Vəliyeva
Milli Məclisin üzvü