Bakıdan göndərilən yük Ermənistana çatdı

14:40 - 19 Dekabr 2025

Bakıdan göndərilən yük Ermənistana çatdı

Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Gürcüstan sərhədində yerləşən Ayrum dəmir yolu stansiyasından Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu üzrə daşınan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.

G. Papoyan qeyd edib ki, bu hadisə təkcə sülh razılaşmasından sonra Ermənistan və Azərbaycan arasında reallaşan ilk ticarət-iqtisadi əməliyyat deyil, həm də Ermənistanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında həyata keçirilən ilk belə razılaşma ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az