Azərbaycan dili beynəlxalq aləmdə təbliğ və təşviq ediləcək

17:45 - 14 Yanvar 2026

Azərbaycan dili beynəlxalq aləmdə təbliğ və təşviq ediləcək

"Azərbaycan ədəbiyyatı xaricdə" ("Azerbaijani Literature Abroad") layihəsinin təsis edilməsi planlaşdırılır.


Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Belə ki, konsepsiyada Azərbaycan dili ilə bağlı çağırışlar, Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması nəzərdə tutulub.

Həmçinin, konsepsiyada Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə "Azərbaycan ədəbiyyatı xaricdə" ("Azerbaijani Literature Abroad") layihəsinin təsis edilməsi də nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az