Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.
Qeyd edək ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin praktiki nəticələrindən biridir.
Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.
Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç 2020-ci illdə saxlanılıblar. Onlar barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan edilib. 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 15 il müddətə azadlıqdan məhrum ediliblər.
Vaqif Xaçaturyan da qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilib. 2023-cü ildə Laçında saxlanılıb və həmin ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.