Şahin Bağırov onları yüksək vəzifəyə təyin etdi

11:22 - 10 Fevral 2026

Şahin Bağırov onları yüksək vəzifəyə təyin etdi
Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.



Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Namazov Rövşən Siyafiq oğlu DGK-nin Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.

Eyni zamanda, gömrük xidməti mayoru Qasımzadə Elçin Zülfəli oğlu Audit İdarəsinin rəisi təyin edilib.

Bundan əlavə, gömrük xidməti mayoru Həsənli Şamil Rizvan oğlu Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az