Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

12:01 - 21 Fevral 2026

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

"Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı" təsdiq edilib.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planında aşağıdakı cədvəldəki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sıra №-si

Tədbirin adı

İcraçı qurumlar

İcra müddəti (illər üzrə)

1. Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi

1.1.

"Qaraçuq-1" nasos stansiyasının və nasos stansiyasından qidalanan hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2030

1.2.

Culfa rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2028

1.3.

Ordubad rayonu ərazisində Araz çayından və Gilançaydan qidalanan hidrotexniki qurğuların əsaslı təmiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

1.4.

Naxçıvançayın sol sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

1.5.

Naxçıvançayın sağ sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

1.6.

Sədərək rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2030

1.7.

Əlincəçaydan və Bənəniyar su anbarından qidalanan hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2030

1.8.

Şahbuz rayonu ərazisində əkin sahələrinin suvarılmasına xidmət edən hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2028

1.9.

Kəngərli rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2028

1.10.

Şərur rayonu ərazisində Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2027–2029

1.11.

Şərur rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2028–2030

2. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi

2.1.

Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

2.2.

Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

2.3.

Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

2.4.

Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2030

2.5.

İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2026–2029

3. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə

3.1.

Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2028–2030

3.2.

Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələrinin tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2028–2030

3.3.

Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

2028–2030


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az