Azay Quliyev sədr seçildi - FOTOLAR

14:12 - 21 Fevral 2026

Azay Quliyev sədr seçildi - FOTOLAR

Fevralın 20-də ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupunun (SRG) Vyanada növbəti iclası keçirilib. İclasda Qrupun təşkilati məsələlərinə baxılıb. 


Manset.az xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev yekdilliklə yenidən 3 il müddətinə İpək Yolu Qrupunun sədri seçilib.

İclasda Böyük Britaniya nümayəndə heyətinin Qrupa üzv olmaqla bağlı müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Bununla, ATƏT Parlament Assambleyası İpək Yolu Qrupuna üzv ölkələrin sayı 29-a çatıb.

Tədbirdə həmçinin Qrupun növbəti, VI Beynəlxalq Konfransının keçirilməsi məsələsi müzakirə olunub. Böyük Britaniya, Özbəkistan, Gürcüstan və Polşa nümayəndə heyətləri konfransa ev sahibliyi etməyə maraq göstərdiklərini bildiriblər.

Yenidən sədr seçilməsi münasibətilə çıxış edən Azay Quliyev göstərilən yüksək etimada görə Qrupun bütün üzvlərinə dərin minnətdarlığını ifadə edib.

Qeyd olunub ki, 2017-ci ildən fəaliyyət göstərən İpək Yolu Qrupunun əsas məqsədi qədim İpək yolu üzərində yerləşən ATƏT məkanına daxil ölkələr arasında dialoqu, əməkdaşlığı və əlaqəliliyi gücləndirməkdir. Bu gün Qrup ATƏT Parlament Assambleyası çərçivəsində ən fəal və ən geniş tərkibə malik qeyri-formal parlament platforması hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az