Ceyhun Cəlilov onları niyə qəbul etdi? - FOTO

16:54 - 27 Fevral 2026

Ceyhun Cəlilov onları niyə qəbul etdi? - FOTO

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov vətəndaşları qəbul edib.


Manset.az xəbər verir ki, qəbulda vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, son vaxtlar Naxçıvanda vətəndaşların qəbul olunmaması ilə bağlı xarici bloqerlər tərəfindən iddialar səsləndirilirdi. Ceyhun Cəlilovun təyinatından sonra artıq neçənci dəfədir ki, səlahiyyətli nümayəndə Naxçıvanın rayonlarında və mərkəzdə vətəndaşları, qazi və şəhid ailələrini qəbul edir. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az