Efiopiyanın Baş naziri Prezidentə Azərbaycan dilində təşəkkür etdi

19:14 - 27 Fevral 2026

Efiopiyanın Baş naziri Prezidentə Azərbaycan dilində təşəkkür etdi

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.


Manset.az xəbər verir ki, Efiopiya lideri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: "Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm".

Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az