27 fevral 2026-cı il tarixində deputat Pərvanə Vəliyeva
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
inzibati binasında 35
saylı Xətai 3-cü seçki dairəsindən olan seçicilər (sakinlər)
üçün vətəndaş qəbulu keçirib.
Manset.az xəbər verir ki, qəbul zamanı müxtəlif problemi olan şəxslər işsizlik, məişət, kommunal, mənzil, ədliyyə orqanlarının fəaliyyəti və sair məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşların hər biri dinlənilib, müraciətləri qeydiyyata alınmış və qaldırılan məsələlərlə bağlı vətəndaşlara hüquqi məsləhətlər verilmişdir. Onların araşdırılıb qanunvericiliyə uyğun baxılması məqsədilə tərəfimizdən işlər aparlıacaqdır.
Deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbulu 12.03.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının
binasında baş tutacaq. Qəbula
yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.