Ceyhun Bayramov İraqın Baş nazirinin müavini ilə danışıb

19:43 - 01 Mart 2026

Ceyhun Bayramov İraqın Baş nazirinin müavini ilə danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.


Manset.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

“Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb.

Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının prioritet məsələ olduğunu vurğulayıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - deyə əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az