Tokayev İranın Naxçıvana hücumunu pislədi

19:58 - 05 Mart 2026

Tokayev İranın Naxçıvana hücumunu pislədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvana hücumunu pisləyib.


Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi məlumat verib.

"İranın PUA ilə Naxçıvan şəhərindəki hava limanına hücumu ilə əlaqədar Prezident Kasım-Jomart Tokayev mövqeyini açıqlayıb. Qardaş və müttəfiq Azərbaycana qarşı törədilən bu aktı qətiyyətlə pisləyir", - məlumatda bildirilib.

Qeyd olunub ki, Tokayev eyni zamanda hadisənin İranla birgə hərtərəfli araşdırılacağına, həmçinin regionda gərginliyin artmasının qarşısını almaq üçün münaqişəli vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə ümid etdiyini bildirib.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az