TDT Naxçıvana dron hücumunu pislədi

00:22 - 06 Mart 2026

TDT Naxçıvana dron hücumunu pislədi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilən dron hücumlarını qəti şəkildə pisləyib.


Manset.az xəbər verir ki, TDT-nin yaydığı bəyanatda bildirilib ki, hücumlar İran ərazisindən həyata keçirilib və mülki infrastrukturu hədəfə alıb.

    Baş katib belə hadisələrin təkrar olunmamasının vacibliyini vurğulayıb və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

    Bəyanatda həmçinin Türk Dövlətləri Təşkilatının Katibliyinin Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəylik nümayiş etdirdiyi qeyd olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az