Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərini qəbul edib.
Manset.az xəbər verir ki, görüş İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.