5 ölkənin diplomatları İrandan Azərbaycana təxliyə olundu

19:49 - 08 Mart 2026

5 ölkənin diplomatları İrandan Azərbaycana təxliyə olundu

5 ölkədən 16 diplomat Azərbaycana təxliyə olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında 5 ölkənin İran İslam Respublikasında fəaliyyət göstərən səfir və səfirlik əməkdaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub. Bunlardan Macarıstan səfiri 7 əməkdaşı ilə, 2 Sloveniya diplomatı, 2 Rumıniya diplomatı, 3 Belçika diplomatı və 1 İsveçrə diplomatı Azərbaycan tərəfə təhlükəsiz təxliyə olunub.

Qeyd edək ki, diplomatlarla yanaşı 7 Çin vətəndaşının də təxliyəsi baş tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az