"Müavinlərin işdən çıxarılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir" - AAYDA

17:34 - 11 Mart 2026

\"Müavinlərin işdən çıxarılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir\" - AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr məsələləri Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir. Hər hansı dəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.


Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bəzi media resurslarında Agentliyin İdarə Heyəti sədrinin iki müavininin də işdən azad edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

"Bildiririk ki, Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həyata keçirilir. Bu səbəbdən həmin iddialar reallığı əks etdirmir.

Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəkdir",-deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az