Azərbaycanlı deputatlar Riqa Şəhər Şurasında görüş keçirdilər - FOTOLAR

15:02 - 12 Mart 2026

Azərbaycanlı deputatlar Riqa Şəhər Şurasında görüş keçirdilər - FOTOLAR

Latviya Seyminin dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və üzvləri Fazil Mustafa və Sevil Mikayılova Riqa şəhərində səfərdədirlər.


Manset.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Riqa Şəhər Şurasında görüş keçiriblər. Görüşdə Riqa Şəhər Şurasının sədr müavini Maris Sprindjuks və digər rəsmi şəxslər iştirak ediblər. 

Görüş zamanı Azərbaycanın və Latviyanın şəhərləri və bələdiyyələri arasında əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, cari ilin may ayında ölkəmizdə keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası barədə məlumat verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az