Azərbaycanda bu şəxslərə mənzillər verildi - VİDEO/FOTO

17:18 - 12 Mart 2026

Azərbaycanda bu şəxslərə mənzillər verildi - VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən mart ayının 12-də Dövlət Sərhəd Xidmətinin "Qubadlı" əlahiddə sərhəd diviziyasının "N" saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli "Sərhədçi" yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilib.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim edib, daha sonra yaşayış binalarında yaradılmış şəraitlə tanış olub və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az