Ceyhun Bayramovla Əraqçi telefonla danışdılar

22:59 - 17 Mart 2026

Ceyhun Bayramovla Əraqçi telefonla danışdılar

İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı baş tutub.


Manset.az xəbər verir ki, bu barədə “Khabar Fouri” portalı məlumat yayıb.

Məlumata görə, diplomatlar regionda baş verən hadisələri və ikitərəfli münasibətləri müzakirə ediblər.

Telefon danışığı zamanı Əraqçi vurğulayıb ki, beynəlxalq hüquqa görə, heç bir dövlət başqa bir ölkəyə qarşı təcavüzkar hərəkətlər üçün öz ərazisini başqalarının istifadəsinə verməməlidir:

“İranın müdafiə xarakterli cavab tədbirləri yalnız təcavüzkarlara və İrana qarşı hücumlar üçün istifadə olunan hərbi bazalara yönələcək”.

Xatırladaq ki, fevralın sonunda başlayan hərbi əməliyyatlar fonunda ABŞ və İsrail Tehran başda olmaqla, bir sıra şəhərlərdəki hərbi hədəflərə zərbələr endiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az