ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

17:45 - 18 Mart 2026

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) sədr müavinləri vəzifəsindən azad olunub.

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Nəzrəddin Murad oğlu Əhmədzadə və Mirzəyev Tariyel Taleh oğlu vəzifələrindən azad ediliblər. 

Qeyd edək ki, N.Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2014-cü ildə Prezidentin sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilib. 

Tariyel Mirzəyev 1986-cı ildə anadan olub. O, ASCO-nun 2022-ci ilin sentyabr ayında strateji inkişaf və investisiya layihələri departamentinin rəisi vəzifəsindən azad olunaraq sədr müavini vəzifəsinə təyin edilmişdi. 

Xatırladaq ki, bu ilin yanvar ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad olunaraq, yerinə Əfqan Süleyman oğlu Cəlilov təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az