Florida ştatının məşhur küçəsində bayrağımız ucaldıldı

08:56 - 25 Mart 2026

Florida ştatının məşhur küçəsində bayrağımız ucaldıldı

ABŞ-nin Florida ştatının Koral Qeybls şəhərinin məşhur və nüfuzlu küçələrindən olan Mirakl Mile və Ponce de Leon Bulvarında Azərbaycan bayrağı ucaldılıb.


Manset.az xəbər verir ki, iki məşhur küçənin kəsişməsində yerləşən, müxtəlif ölkələrin bayraqlarının nümayiş olunduğu dirəklərə Azərbaycan bayrağı da əlavə olunub.

Layihə şəhərdə yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Leyla Hüseynin təşəbbüsü və Azərbaycanın ABŞ-dəki Səfirliyinin, Koral Qeybls meriyasının dəstəyi ilə həyata keçirilib.

İcma nümayəndələri bildiriblər ki, hadisə yalnız bayrağın asılması deyil, eyni zamanda milli kimliyin, birliyin və mənsubiyyət hissinin ifadəsidir. Onların sözlərinə görə, Azərbaycan bayrağının bu nüfuzlu məkanda dalğalanması ştatda yaşayan azərbaycanlılar üçün böyük qürur mənbəyidir.

Hadisə sosial şəbəkələrdə də geniş əks-səda doğurub və Azərbaycan icması tərəfindən sevinclə qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az