Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edilib.
Manset.az xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Fərid Baxşıyev təyinat alıb.
Qeyd edək ki, F.Baxşıyev daha əvvəl Maliyyə Nazirliyində, Azərbaycanın Mərkəzi Bankında, Dünya Bankında, Azərbaycan Dəmir Yolları QSC-də və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb.