- “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və BDU “YENİ Klub”un birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Aprel döyüşləri” adlı tədbir keçirilib.
- Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, BDU “YENİ Klub”un sədri Asif Əliyev, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, BDU-nun Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidbəyova, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Samir İsmiyev, Vətən müharibəsi iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, ərazi partiya təşkilatının sədri Amil Sefiyev, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qazisi Cümşüd Hüseynov, BDU-nun “YENİ Klub”nun üzvləri və tələbələr iştirak edib.
BDU-nun
Heydər Əliyev muzeyində keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin,
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış
edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 2016-cı
ilin Aprel döyüşlərindən 10 il ötür və bu tarix dünyada Azərbaycan dövlətinin
gücünün real ifadəsi kimi yadda qalıb. Bu qələbənin ideoloji təməli Ulu Öndər
Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyasına söykənir.
Onun əsasını qoyduğu ordu quruculuğu siyasəti müasir və güclü Silahlı Qüvvələrin
formalaşmasını təmin etdi. Bu xətt Prezident, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi. Aprel döyüşləri bu siyasətin
ilk böyük uğurlu sınağı oldu. Ordumuzun qətiyyəti və peşəkarlığı düşmənə ciddi
zərbə vurdu. Nəticədə Şanlı Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad
etdi, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
Ordumuzun tam nəzarətinə keçdi. Qeyd olunub ki, Aprel zəfəri 2020-ci il Vətən
müharibəsinin başlanğıc nöqtəsinə çevrildi. Həmin müharibədə Azərbaycan tarixi
Qələbə qazandı. Daha sonra 2023-cü ildə həyata keçirilən lokal xarakterli
antiterror tədbirləri dövlət suverenliyini tam bərpa etdi. Bununla da ölkəmizin
ərazi bütövlüyü tam təmin olundu və Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin
bütün ərazilərində bərqərar oldu. Bu şanlı tarix eyni zamanda gənclər arasında
vətənpərvərlik ruhunun güclənməsinə güclü təkan verdi. Şəhidlərimizin qəhrəmanlığı
və ordumuzun rəşadəti cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmlənməsinin
parlaq nümunəsinə çevrildi.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov çıxış edərək
bildirib ki, Aprel döyüşlərindən keçən 10 il Azərbaycanın geosiyasi və hərbi
gücünün ardıcıl inkişafını açıq şəkildə göstərir. Aprel döyüşləri həm də Azərbaycan
cəmiyyətində milli həmrəyliyin və dövlətçilik ideologiyasının güclənməsinə
mühüm təsir göstərdi. Bunun da təməlində
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli təhlükəsizlik strategiyası
dayanır. Ümummilli Liderin yaratdığı güclü dövlət modeli gələcək qələbələrin əsasını
qoydu. Prezident İlham Əliyev bu modeli daha da inkişaf etdirərək müasir hərbi
gücə çevirdi. Aprel döyüşləri Azərbaycanın öz sözünü güc yolu ilə də deyə biləcəyini
nümayiş etdirdi. Ermənistanın hərbi mifləri məhz bu döyüşlərdə dağıldı. Bu
hadisə regionda yeni reallıqların formalaşmasına səbəb oldu. Şəhidlərin, qazilərin
və müharibə iştirakçılarının qəhrəmanlığı milli yaddaşda əbədi yer tutdu. Bu
döyüşlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də güclü təsir göstərdi.
Bildirilib ki, 2020-ci ildə əldə olunan Zəfər bu prosesin kulminasiya nöqtəsi
oldu. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Sonrakı mərhələdə həyata
keçirilən lokal antiterror tədbirləri separatizmin kökünü tam kəsdi. Beləliklə,
dövlət suverenliyi tam bərpa olundu. Nəticədə konstitusion hüquq və dövlət idarəçiliyi
ölkənin bütün ərazilərində təmin edildi. Bu gün Aprel döyüşləri milli qürurun və
tam Zəfərin başlanğıcı kimi şanlı tariximizdə özünə layiqli yerini tutur.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, ərazi partiya təşkilatının sədri
Amil Sefiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Samir
İsmiyev, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qazisi Cümşüd
Hüseynov və BDU-nun Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidbəyova
çıxışlarında bildiriblər ki, Aprel döyüşləri Azərbaycan ordusunun modernləşmə
siyasətinin uğurla həyata keçirildiyini sübut edən mühüm hadisə idi. Bu siyasətin
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun dövründə nizami ordu
quruculuğu prioritet istiqamətə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev bu prosesi yeni mərhələyə yüksəltdi. Müasir texnologiyalar və peşəkar
kadr hazırlığı ordunun gücünü artırdı. Aprel döyüşlərində bu güc öz real təsdiqini
tapdı. Qısa müddətdə əldə edilən uğurlar strateji üstünlük yaratdı. Bu təcrübə
2020-ci il Vətən müharibəsində geniş tətbiq olundu. Nəticədə Azərbaycan parlaq
Zəfər qazandı. Ardınca keçirilən lokal xarakterli antiterror əməliyyatları ilə
bütün qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirildi. Bununla da ərazi
bütövlüyü və suverenlik tam təmin edildi. Bu gün dövlətin konstitusion
hüquqları ölkənin hər qarışında bərqərar olub. Çıxışlarda şəhid və qazilərimizin
göstərdikləri igidlik və şücaət nümunələri xüsusi vurğulanıb, onların vətənpərvərlik
ruhunun gənc nəsil üçün örnək olduğu bildirilib.
Çıxışlardan
sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.