Yuri Qusev Azərbaycana təşəkkür etdi

19:52 - 20 Aprel 2026

Yuri Qusev Azərbaycana təşəkkür etdi

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.


Manset.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.

"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o qeyd edib.

Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az