“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbirdən FOTOLAR

21:59 - 21 Aprel 2026

“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbirdən FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, ərazi partiya təşkilatının üzvləri və kollecin əməkdaşları iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı kimi tarixə qızıl hərflərlə həkk olunmuş dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəm və sarsılmaz təməl üzərində qurulub. Müstəqilliyin ilk illərində yaranmış siyasi və iqtisadi böhran məhz onun qətiyyətli liderliyi sayəsində aradan qaldırılıb. Dövlət idarəçiliyində peşəkarlıq və milli maraqlara sədaqət prinsipləri əsas istiqamətə çevrilib. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının təməli onun həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Neft strategiyası ölkənin iqtisadi müstəqilliyini təmin edən mühüm amil olmuşdur. Hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar sabitliyin əsasını möhkəmləndirib. Bu siyasi kurs bu gün Prezident, partiyamızın Sədri cənabİlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlər qazanaraq ərazi bütövlüyünü tam bərpa etmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yol və Prezident İlham Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın bugünkü qüdrətinin əsasını təşkil edir.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və onu inkişaf yoluna çıxaran böyük dövlət xadimidir. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanmaq və xaos təhlükəsindən xilas edib. Dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi onun siyasətinin əsas istiqamətlərindən olub. Azərbaycanın geosiyasi mövqeyi onun fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə güclənib. Xarici siyasətdə balanslı və prinsipial mövqe ölkənin nüfuzunu artırıb. Daxili sabitlik və ictimai həmrəylik təmin edilib. Bu siyasi irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Qarabağda əldə olunan Zəfərlər xalqımızın milli qürurunun zirvəsinə çevrilib. Bütün bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsidir.

Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində müstəsna yer tutur.

Onun uzaqgörən siyasəti nəticəsində milli dövlətçilik ənənələri bərpa olunaraq möhkəmləndirilib. Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin və davamlı inkişafın əsasını qoymuş böyük dövlət xadimidir. Onun müəyyən etdiyi strateji kurs Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasını təmin edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə daha da zənginləşdirilib. Dövlətçiliyin möhkəmləndirilməsi və milli maraqların qorunması bu siyasətin əsas prioritetlərindəndir. Azərbaycanın iqtisadi gücü və beynəlxalq nüfuzu sürətlə artıb. Enerji layihələri ölkənin qlobal əhəmiyyətini daha da yüksəldib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərlər isə Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az