Tokayev ATƏT PA-nın nümayəndə heyətini qəbul etdi - FOTOLAR

20:31 - 23 Aprel 2026

Tokayev ATƏT PA-nın nümayəndə heyətini qəbul etdi - FOTOLAR

Bu gün Astanada ATƏT Parlament Assambleyasının nümayəndə heyəti Qazaxıstan Prezidenti cənab Kasım-Comart Tokayev tərəfindən qəbul edilib.


Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev bildirib.

O qeyd edib ki, həmçinin Qazaxıstan Parlamentinin sədri cənab Yerlan Koşanov, Enerji naziri cənab Yerlan Akkenjenov, Su ehtiyatları və irriqasiya naziri cənab Nurcan Nurcigitov ilə görüş keçirilib.

Görüşlərdə ATƏT Parlament Assambleyası ilə Qazaxıstan Parlamenti arasında gələcək əməkdaşlıq perspektivləri, Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması, Qazaxıstanın bərpa olunan enerji siyasəti, Qazax neftinin Orta Dəhliz vasitəsilə Avropaya nəqli, Astana Beynəlxal Maliyyə Mərkəzinin fəaliyyəti, Mərkəzi Asiyada iqlim dəyişiklikləri ilə bağlı gündəliyə ATƏT PA-nın mümkün siyasi dəstəyi, eləcədə avqust ayında ölkədə ilk dəfə fəaliyyətə başlayacaq təkpalatalı parlamentə keçiriləcək seçkilərin müşahidəsi və digər məsələlər ətrafında faydalı və konstruktiv müzakirələr aparılıb.

Qazaxıstan rəsmiləri 22–24 aprel tarixlərində Astanada keçirilən Regional Ekoloji Zirvə Sammitinin nəticələri və liderlər tərəfindən irəli sürülən təşəbbüslər ətrafında ATƏT Parlament Assambleyası ilə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Qazaxıstanın və ümumilikdə Mərkəzi Asiya ölkələrinin iqlim dəyişiklikləri və ekoloji problemlərlə bağlı irəli sürdüyü təşəbbüslərə, o cümlədən Beynəlxalq Su Təşkilatının yaradılması, Xəzər dənizi və Aral gölünün dayazlaşmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsi tərəfindən siyasi dəstəyin göstərilməsi və bu istiqamətdə qarşıdakı dövrdə qəbul olunacaq sənədlərə müvafiq müddəaların daxil edilməsinin mümkünlüyü diqqətə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az