Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova MSK-nın yeni tərkibə seçilən namizədlərini təbrik edib.
O bildirib ki, ötən dövrdə MSK Seçki Məcəlləsinə əsasən öhdəliklərini uğurla həyata keçirib.
Yenidən MSK sədri seçilən Məzahir Pənahov deyib:
“Doğrudur ki, Mərkəzi Seçki Komissiyasının ilk iclasını ən yaşlı üzv aparmalıdır. MSK-ya cavan yaşda başlamışdım. Seçki Məcəlləsinə əsasən, MSK-nın ilk iclasında sədr, müavinlər və katiblər seçilməlidir.
MSK-nın formalaşdırılmasını təsdiq edən Milli Məclisə və sədr seçilməyimə səs verən üzvlərə təşəkkürümü bildirirəm”.