"Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"

16:40 - 01 May 2026

\"Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur\"

"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

"Bu günə qədər Azərbaycanın təxminən 4 min vətəndaşının taleyi barədə məlumat yoxdur. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə son əlaqələrimiz zamanı mən, həmçinin QHT-ləri və vətəndaş institutlarını bu səylərə qoşulmağa çağırdım ki, ailələri artıq 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən insanların talelərinə aydınlıq gətirilsin", - o deyib.

O qeyd edib ki, buna baxmayaraq, Azərbaycan regionda sülhü təmin etməyə, onu möhkəmləndirməyə və davamlı sülhə nail olmağa davam edəcək.

"Biz regionun bütün ölkələri ilə sülh münasibətlərinin qurulması prinsipindən çıxış edərək, həm Ermənistanla ikitərəfli səviyyədə, həm də digər qonşularla işləyərək regional məsuliyyətə, əməkdaşlığa və qarşılıqlı fəaliyyətə sadiqliyimizi təsdiq edəcəyik", - o deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az